Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 466 $▼4.04%
  • Ethereum1 829 $▼5.09%
  • S&P 5007 562▼0.40%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İsrail NATO-ya İran PUA-ları ilə bağlı məlumatlar sənədini təhvil verdi

image-1528102633
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İsrail son həftələrdə NATO vasitəsilə Ukraynaya kəşfiyyat yardımını artırıb.

Busaat.az xəbər verir ki, bunu Brüsseldəki mənbələr Haaretz-ə bildiriblər.

İsrail Müdafiə Nazirliyindən bir mənbə isə qəzetə bildirib ki, İranın pilotsuz vasitələr tədarükü və Rusiya ilə hərbi əməkdaşlığı genişləndirmək qərarı Tehranın strateji səhvidir və İsrail-NATO münasibətlərində baş verə biləcək ən yaxşı haldır.

Cəmi ay yarım əvvəl müdafiə naziri Benni Qantz və İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Aviv Kohavi Ukrayna müdafiə nazirinin ölkə səmasında vurulan İran pilotsuz təyyarələri ilə bağlı məlumat mübadiləsinin aparılması təklifini rədd ediblər.

Əgər tərəflər razılaşsa idi, bu məlumat mübadiləsi İsrail kəşfiyyatının məlumatı müqabilində həyata keçiriləcəkdi.

İranın Ukraynadakı müharibəyə müdaxiləsindən əvvəl Bennett-Lapid hökuməti Kiyevə humanitar yardımla kifayətlənərək Ukraynaya hərbi cəhətdən kömək edə biləcək hər hansı bir dəstək verməkdən imtina edib.

Qeyd edək ki, İsrail İranın Suriyada ona qarşı varlığını artırmağa çalışdığı vaxtda Rusiyanın Suriya səmasında İsrail hava qüvvələrinə problem yaradacağından ehtiyat edirdi. Lakin ABŞ-ın təzyiqi və İranın Rusiyaya artan yardımı İsraili öz biganəlik siyasətindən əl çəkməyə inandırıb.

Keçən ay yüksək səviyyəli Avropa rəsmiləri bildiriblər ki, ABŞ-ın təzyiqi altında İsrail Ukrayna üçün milyonlarla dollar dəyərində strateji materialların alınmasına zəmanət verməyə razılaşıb. Materiallar NATO ölkələrindən biri vasitəsilə ötürülüb və İsrail NATO ölkələrinə İsrail firmaları tərəfindən istehsal olunan optron sistemləri və atəşə nəzarət sistemləri də daxil olmaqla, Ukraynaya silah tədarükünə icazə verməyə razılaşıb.

Son həftələrdə isə, İranın pilotsuz təyyarələri Rusiyanın Ukrayna şəhərlərinə qarşı hava hücumlarında mühüm rol oynayıb.
Bir neçə il ərzində Mossad, hərbi kəşfiyyat, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri İran pilotsuz təyyarələrinin məlumat bazasını yaradıb. Brüssel bu məlumatlara çıxış əldə edərsə, Ukrayna və NATO ölkələri, həmçinin Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Yaponiya və Avstraliya kimi digər dövlətlər də bundan faydalanacaq.

İsrail artıq İran pilotsuz uçuş aparatları, xüsusən də kamikadze pilotsuz uçuş aparatı adlandırılan “Şahed-136” ilə bağlı ətraflı məlumatları təhvil verib. Sənədi alyansın baş katibinin müavini ilə görüşü zamanı İsrailin Aİ və NATO-dakı səfiri Haim Regev qarşı tərəfə təqdim edib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=94335