
İsrail Oman və Səudiyyə Ərəbistanı hava məkanından ilk dəfə mülki uçuş həyata keçirib
İsrailin mülki aviasiya şirkəti ilk dəfə Oman və Səudiyyə Ərəbistanının hava məkanından istifadə edib.
Busaat.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin sosial media hesabında məlumat paylaşılıb.
Pylaşımda ilk dəfə olaraq reallaşan bu uçuşun ötən həftə Maskat rəhbərliyinin hava məkanını İsrail mülki aviasiyasına açacağı açıqlamasından sonra mümkün olduğu bildirilib.
Qeyd edək ki, yeni marşrut Tailandın paytaxtı Banqkoka uçuşun müddətini iki saat yarım qısaldıb.
Busaat.az























