Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 585 $▼3.87%
  • Ethereum1 833 $▼4.92%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İsrail ordusu Cenin Qaçqınlar Düşərgəsindən çıxmağa başladı

image-thumbs_b_c_0f6b2f43693cab94d11aa3302bd4b106
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İsrail ordusu İordan çayının qərb sahilindəki Cenindən və fələstinlilərin yaşadığı qaçqın düşərgəsindən birliklərini geri çəkməyə başlayıb.

Busaat.az xəbər verir ki, bu barədə Kan radiosu məlumat yayıb.

Məlumata görə, Cenində son ana qədər silahlı terrorçularla İsrail hərbçiləri arasında atışma davam edib. Bildirilir ki, İsrail Silahlı Qüvvələrinin əməliyyatı başa çatmaq üzrədir, lakin Cenində hələ də bir neçə yüz silahlı radikal qalır.

İsrail qüvvələri bazar ertəsi Cenində və ona bitişik Fələstin qaçqın düşərgəsində genişmiqyaslı əməliyyata başlayıb.  İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, hərbçilər iki günlük əməliyyatla “terror istehsalı sahəsinə” son qoyublar.

Məqsədlərinin həyata keçirilməsindən sonra Cenində hazırkı əməliyyatın bitdiyini İsrailin Baş naziri Benyamin Netanyahu da təsdiq edib. O, İsrail ordusunun nəzarət-buraxılış məntəqəsinə baş çəkərkən deyib: “Biz indi bu əməliyyatı başa çatdırırıq və deyə bilərəm ki, Cenindəki genişmiqyaslı əməliyyatımız birdəfəlik tədbir deyil”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=114435