
İsrail Qəzzada atəşkəs barədə məlumatı təkzib edir
İsrail Qəzza zolağında saat 09:00-dan etibarən humanitar atəşkəs barədə məlumatı təkzib edib.
Busaat.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi X sosial şəbəkəsində məlumat verib.
“Hazırda Qəzza zolağında əcnəbi vətəndaşların təxliyəsinə icazə verilməsi müqabilində heç bir atəşkəs və ya humanitar atəşkəs yoxdur”, – deyə bəyanatda bildirilib.























