Qəzzanın cənubunda yerləşən türk xəstəxanası İsrailin hava hücumuna məruz qalıb.
Busaat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
“Qəzzadakı Fələstin-Türkiyə dostluq xəstəxanası İsrailin bombardmanına məruz qalıb”, – məlumatda deyilir.
Qeyd edəkk ki, hadisə nəticəsində itki olub-olmadığı barədə məlumat açıqlanmayıb.
Natiq Kərimli,
Busaat.az