
İsrail Səudiyyə Ərəbistanı ilə iqtisadi əlaqələri dərinləşdirmək niyyətindədir - Netanyahu
İsrail və Səudiyyə Ərəbistanı bir-birini rəsmən tanımasalar belə, iqtisadi və işgüzar əlaqələri dərinləşdirəcəklər.
Busaat.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
Netanyahu Bloomberg-ə bildirib ki, o, səudiyyəlilərlə saziş bağlaya biləcəyinə əmindir, buna əsasən, ölkələr arasında rəsmi diplomatik münasibətlər qurulacaq.
Nazirin sözlərinə görə, Ərəbistan yarımadasından Avropaya enerji, nəqliyyat və kommunikasiya texnologiyalarını özündə birləşdirən “iqtisadi dəhliz” qura bilərlər.
Bundan başqa agentlik yazır ki, Səudiyyə Ərəbistanının İsraillə daha dərin əlaqələrə razı olub-olmayacağı məlum deyil.
Busaat.az























