Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 503 $▲0.61%
  • Ethereum1 810 $▲2.37%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İsrail və ABŞ-dan ortaq ADDIM: İranın nüvə proqramı hədəflənir

image-iran-abd-reuters_16_9_1656655759
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İsrail və ABŞ Hərbi Hava Qüvvələri “İranın nüvə proqramını hədəf almaq üçün sui-qəsd hazırlayan” hava təlimlərinə başlayıb.

Busaat.az xəbər verir ki, bu barədə İsrail Ordusunun sözçüsü Avichay Adraee sosial media hesabından məlumat verib.

Məlumata görə, İsrail və ABŞ orduları ortaq hava təliminə başlayır və iki ölkə bölgədəki təhdidlərlə bağlı fərqli ssenarilərə hazırlaşır. Təlimdə döyüş və yanacaq dolduran təyyarələr də iştirak edəcək.

İsrail mediası birgə hava təlimində israilli pilotların “İranın nüvə proqramını hədəf almaq üçün uzun məsafəli uçuşlar həyata keçirəcəklərini” bildirib.

Qeyd edək ki, son aylarda İsrail və ABŞ arasında müxtəlif səviyyələrdə birgə hərbi təlimlər keçirilib.

İsrail Baş Qərargah rəisi Aviv Kohavi, bir müddət əvvəl ABŞ-a səfərindən sonra regional təhdidlərlə mübarizə üçün ABŞ Mərkəzi Komandanlığı ilə birgə fəaliyyətlərin əhatəsinin artırılacağını bildirib.

Kohavi bəyan edib: “İsrail ordusu İranın bölgədə yerləşməsinə şiddətlə qarşı çıxmağa davam edəcək”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=92270