
İsrail və ABŞ hərbçiləri dənizdə təlimlərə başlayıblar
İsrail və ABŞ birgə dəniz təlimlərinə başlayıblar. Təlimlərdə gəmilərin ələ keçirilməsi də daxil olmaqla, açıq dənizlərdə müxtəlif hərəkətlərin ssenariləri işlənib hazırlanacaq.
Busaat.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, təlimlər həm quruda, həm də dənizdə olmaqla iki həftə davam edəcək. Təlim zamanı iki ölkənin hərbçiləri “dəniz məkanında aşkarlama və izləmə, gəmilərin təftişi, axtarış-xilasetmə ssenariləri” məşq edəcək, “gəmilərin qaçırılması və ya terror fəaliyyətlərinə cavab tədbirləri” mövzusunda birgə təlim keçəcəklər”, – məlumatda deyilir.
Bundan başqa, təlimdə hərbi dalğıclar da iştirak edəcək, onlar birgə dalğıc, dəniz minalarının axtarışı və zərərsizləşdirilməsi ilə uzaqdan idarə olunan sualtı qurğulardan istifadə etməklə məşq edəcəklər”, – məlumatda qeyd edilir.
“Bu, təlim, İsrail və ABŞ donanmaları arasında birgə dialoqun gücləndirilməsi üçün imkan verən mühüm təlimdir. Bundan əlavə, onlar regionun üzləşdiyi təhlükələrin qarşısını almağa yönəlmiş regional tərəfdaşlıqların inkişafına kömək edirlər”, – İsrail ordusu bildirib.
Busaat.az























