İsrail və İran arasında nüvə gərginliyi: Rəsmi Təl-Əviv xəbərdarlıq edib

image-iran-shuttterrr_16_9_1611773795backend

İran bir neçə həftə ərzində üç nüvə başlığı hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş uran istehsal edə bilər.

Busaat.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Benni Qants Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) iclası zamanı bildirib.

Qeyd edək ki, İranABŞ arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqların pozulmasından sonra gərginlik daha da artıb.

Gantz həmçinin Suriyada İranı və onun müttəfiqlərini, o cümlədən Hizbullahı silahlandırmaq üçün istifadə edildiyini iddia etdiyi 10 obyekt haqqında detallı məlumatları əks etdirən xəritəni iclas iştirakçılarının diqqətinə çatdırıb. O, bu obyektlərin İsrailin təhlükəsizliyinə təhdid olduğunu qeyd edib.

İran tərəfi isə, İsrailin böyük şəhərlərini vura biləcək gizli pilotsuz dronlar istehsal etdiyini iddia edib.

Eyni zamanda, BMT-nin Nüvə Müfəttişliyinin rəhbəri Rafael Qrossi İranın nüvə fəaliyyətləri ilə bağlı yeni məlumatların əldə edilməsinin çətin olacağını bildirib. Qrossi buna səbəb olaraq İranın əsas obyektlərdə girişə qadağa qoymasını göstərib.

Qeyd edək ki, Fransa, Almaniya və Böyük Britaniya da İranın nüvə proqramından narahatlıqlarını dilə gətirib: “İranın son tələbi onun niyyətlərini və danışıqlara sadiqliyini göstərir. Bu isə, uğurlu nəticə əldə etmək yolunda ciddi şübhələr yaradır”.

Busaat.az/Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90