
İsrail XİN-dən Azərbaycan səfirliyinə qarşı törədilmiş hücumla bağlı AÇIQLAMA
“Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş və təhlükəsizlik rəisinin qətlə yetirilməsi ilə nəticələnən xain hücum bizi sarsıdıb və kədərləndirib”.
Busaat.az xəbər verir ki, bunu İsrail XİN-in rəsmi sözçüsü Lior Haiat öz tvitter səhifəsində yazıb.
“Azərbaycan xalqına və hökumətinə, eləcə də həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”, – deyə diplomat paylaşımda bildirib.
Bununla yanaşı, İsrailin Azərbaycandakı səfiri Corc Dik də Tehranda Azərbaycan səfirliyinə qarşı terror hücumu ilə bağlı XİN sözcüsünə istinad edərək paylaşım edib: “İsrail səfirliyi bu çətin vaxtda Azərbaycan xalqı ilə həmrəydir”.























