İsraildə meşə yanğınları davam edir

image-img_4120backend

İsrailin Qüds və Tel-Əviv arasında yerləşən meşəlik ərazisində baş verən yanğınlar davam edir.

Busaat.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Məlumata görə, 119 yanğınsöndürən briqada və 10 təyyarə Qüdsün dağlıq bölgəsində alovlara qarşı mübarizə aparır.

İsrailin beynəlxalq yardım çağırışına cavab olaraq, bu gün Cənubi Kipr və İtaliyadan 8 yanğınsöndürən təyyarənin gələcəyi gözlənilir.

Qeyd edək ki, ötən gün başlayan yanğınlar sürətlə yayılıb və təxminən 12 min dönüm əraziyə ziyan dəyib. Müdaxilədə çətinlik çəkən İsrail beynəlxalq yardım istəməyə məcbur olub.

Aqil Nuriyev

Busaat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki