
İsraildən İrana: Mülki gəmiləri üzən terror bazalarına çevirir
İran mülki gəmiləri “üzən terror bazalarına” çevirib.
Busaat.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Gallant bəyan edib.
İsrailin müdafiə naziri Yoav Gallant İsrail Reyxsman Universitetinin Siyasət və Strategiya İnstitutunun (IPS) təşkilatçılığı ilə keçirilən “Herzliya 2023” konfransında “Qeyri-müəyyənlik dövründə baxış və strategiya” başlığı altında çıxış edib.
Müdafiə naziri Gallant deyib: “İsrail mülki ticarət gəmilərini hərbi gəmilərə çevirir. Pilotsuz uçuş aparatları, raketlər, hücum sistemləri və qabaqcıl kəşfiyyat da daxil olmaqla hər cür silahı daşımaq üçün nəzərdə tutulan bu gəmilər onlarla, bəzən yüz minlərlə ton yük həcminə çatır. İran bununla da bu gəmiləri İran sərhədlərindən uzaq ərazilərdə yerləşdirməyi, onları terrorçuların bazasına çevirməyi hədəfləyir”.
Bu gəmilərdən birinin Ədən körfəzinə doğru üzdüyünün bu yaxınlarda qeydə alındığını və bunun İranın Fars körfəzi və Ərəbistan dənizində həyata keçirdiyi dəniz terrorunun bir hissəsi olduğunu bildirən Qalant Tehran administrasiyasının bu hərəkətlərini həm də Hind okeanı, Qırmızı dəniz və Aralıq dənizində genişləndirməyə çalışdığını söyləyib.
Gallant bunun hərbi və mülki gəmiçilik marşrutlarını təhdid edən və dənizlər üçün daimi təhlükə yaradan planlı bir “piratçılıq” siyasəti olduğunu müdafiə edib.
Adı çəkilən problemin beynəlxalq əməkdaşlıq və antiterror ittifaqlarının yaradılması ilə həll oluna biləcəyinə işarə edən İsrail müdafiə naziri əlavə edib: “Bu gün Qəzzada, Livanda, Suriyada və İordan çayının qərb sahilində üzləşdiyimiz təhdidlərin arxasında İran dayanır. İran isə bu problemin həlli yoludur. Regional və beynəlxalq sabitliyə ən böyük təhdiddir. O, öz mediası vasitəsilə İsrailə qarşı təxribat müharibəsi aparır”.
İranın nüvə proqramı haqqında danışan Qalant deyib:
“İran nüvə proqramının ən qabaqcıl mərhələsindədir və nüvə silahı ilə bütün dünyanı ciddi strateji təhlükə ilə üz-üzə qoyur, İsrail və Yaxın Şərqin digər ölkələri üçün potensial ekzistensial təhlükə yaradır. Uranın 90%-ə qədər zənginləşdirilməsi İran üçün böyük səhvdir, çünki İran rejimi bilir ki, bu çox baha başa gələcək və Yaxın Şərq üçün dəhşətli nəticələr olacaq”.
Suriyanın Ərəb Liqasına qayıtması ilə bağlı Gallant qeyd edib: “Suriya şiə terrorizmi üçün münbit zəmin olmaqda davam etdikcə və İran və onun vəkillərinin öz ərazisindən əməliyyat keçirməsinə icazə verdikcə bu qayıdışın İsrail üçün heç bir mənası olmayacaq. Bir problem olduğu müddətcə Suriya İsrailin gücü ilə üzləşəcək. Ancaq burada hədəf Suriya deyil, İranın fəaliyyətidir”.
Busaat.az























