İsraildən “İstanbul Konvensiyası” QƏRARI

image-israele-benjamin-netanyahubackend

İsraildə yenidəb baş nazir olacağı gözlənilən Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiyanın İstanbul Konvensiyasına qoşulmamaq barədə razılığa gəldiyi bildirilib.

Busaat.az xəbər verir ki, bu barədə Haaretz qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Benyamin Netanyahunun rəhbərlik etdiyi Likud partiyası ifrat sağçı tərəfdaşı Dini Sionizm partiyası ilə koalisiya müqaviləsi çərçivəsində İstanbul Konvensiyasını imzalamamağa razılaşıb.

Müvafiq olaraq, tamamilə sağçı partiyalardan ibarət koalisiya əldə etdikləri razılaşmada “yeni hökumətin İsrailin İstanbul müqaviləsində iştirakını bəyənməyəcəyini” açıq şəkildə ifadə edib.

Qeyd edək ki, Avropa Şurası aprel ayında İsrailin konvensiyaya qoşulmaq ərizəsini təsdiqləyib, lakin sağ müxalifətin etirazları səbəbindən müqavilənin imzalanması ilə bağlı kabinet səsverməsi dəfələrlə təxirə salınıb.

Son illərdə erkən seçki və koalisiya böhranı spiralında olan İsraildə noyabrın 1-də keçirilən növbədənkənar ümumi seçkidə keçmiş baş nazir və müxalifət lideri Benyamin Netanyahunun başçılıq etdiyi sağ blokun partiyaları açıq-aşkar qələbə qazanıb.
Dekabrın 29-da and içəcəyi gözlənilən yeni hökumətin İsrail siyasi tarixində “ən sağçı” hökumət olacağı gözlənilir.

Netanyahunun rəhbərlik etdiyi koalisiya ultra-pravoslav yəhudi partiyaları Şas və Birləşmiş Tövrat Yəhudiliyi və ifrat sağçı, irqçi və zorakı siyasətləri ilə tanınan Dini Sionizm və Yəhudi Gücü partiyalarından ibarətdir.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki