
İsrailə hərbi ehtiyaclarımızın siyahısını verdik - Kuleba
İsrail hökumətinə Ukraynanın hərbi ehtiyaclarının siyahısı verilib.
Busaat.az xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bildirib.
“Hərbi ehtiyaclarımızın siyahısı aydındır. Siyahı İsrailin həm əvvəlki, həm də indiki hökumətinə verilib”. “İlk növbədə, hava məkanımızın qorunması sual altındadır və bu mövzuda müvafiq qərarın verilməsini gözləyirik”, – Kuleba deyib.
Prezident Vladimir Zelenskinin təklif etdiyi “sülh formulu”nu müzakirə etdiklərinə diqqət çəkən Kuleba, sözügedən məsələnin həyata keçirilməsində bir neçə ölkə ilə görüşdüklərini bildirib.
İsrailin xarici işlər naziri Koen də gələn həftə Birləşmiş Millətlər Təşkilatında (BMT) Ukraynanın “sülh formulunu” dəstəkləyəcəklərini vurğulayıb.
Koen İran terrorizminə son qoyulması çağırışında da Ukraynanın yanında olduqlarını bildirib.
Nazir əlavə edib ki, regionda təhlükəsizliyin təmin edilməsi üçün bütün beynəlxalq platformalarda çalışacaqlar.
Busaat.az























