Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 585 $▼3.87%
  • Ethereum1 833 $▼4.92%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İsrailin Cenin əməliyyatı zamanı yaralanan fələstinlilərin sayı 50-yə çatıb

image-1395449
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İsrail Silahlı Qüvvələrinin İordan çayının qərb sahilinin Cenin şəhərindəki qaçqın düşərgəsində keçirdiyi əməliyyat zamanı yaralanan fələstinlilərin sayı 50-yə çatıb.

Busaat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi bazar ertəsi bildirib.

Nazirliyin verdiyi məlumata görə,  yaralılardan 10-nun vəziyyəti ağırdır. Baş verən toqquşmalarda ən azı 9 fələstinli həlak olub.

Nazirlik dünən səhər saatlarında İsrail Silahlı Qüvvələrinin Cenin bölgəsinə hücumu zamanı 7 nəfərin öldüyünü, ən azı 27 nəfərin isə yaralandığını açıqlamışdı.

Qeyd edək ki, Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri bazar ertəsi gecəsi Cenindəki fələstinli qaçqın düşərgəsinə və yaxınlıqdakı əraziyə raket zərbələri endirib. Qısa müddət sonra İsrail qüvvələri düşərgəni mühasirəyə alaraq enerji təchizatını kəsib və yolları bağlayıb. Əl Ərəbiyyə telekanalının məlumatına görə, zirehli transportyorlar və tanklar da daxil olmaqla 200-dən çox zirehli texnika Cenin şəhərinə və qaçqın düşərgəsinə daxil olub.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=114290