
İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 950-yə çatıb
İsrailin blokada altındakı Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 950-yə yüksəlib.
Busaat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Açıqlamaya görə, İsrailin 7 oktyabrdan bu yana Qəzzaya təşkil etdiyi hücumlarda 950 nəfər həyatını itirib, 5 min nəfər isə yaralanıb.
Nazirlik əvvəlki məlumatda 900 nəfərin həyatını itirdiyini, 4500 nəfərin isə yaralandığını bildirmişdi.























