
İsrailin xarici işlər naziri Eli Koen Ukraynaya gəlib
İsrailin xarici işlər naziri Eli Koen Kiyevə səfərə gəlib.
Busaat.az xəbər verir ki, nazir Ukrayna prezidenti Vladimir Zelenski və həmkarı Dmitri Kuleba ilə görüş keçirəcək.
“Müharibə başlayandan Kiyevə ilk İsrail naziri olaraq gəlmişəm. Prezident Zelenski və xarici işlər naziri Kuleba ilə görüşəcəyəm, Kiyevdə İsrail səfirliyinin fəaliyyətini bərpa edəcəyəm.Həmçinin Buça və Babi Yarı ziyarət edəcəyəm”, – deyə Koen Twitter səhifəsində yazıb.
“Mən bir daha qeyd edirəm ki, İsrail bu çətin vaxtda Ukraynanı və Ukrayna xalqını dəstəkləyir”, – o əlavə edib.
Nazir Kiyevdəki qatar stansiyasından fotosunu da paylaşıb.
Busaat.az























