
İsrailin xəbərdarlıq sistemi Ukraynada sınaqdan keçiriləcək
İsrailin xəbərdarlıq sistemi Kiyevdə sınaqdan keçiriləcək.
Busaat.az xəbər verir ki, bu barədə bu ölkədəki Ukrayna səfiri Yevgeni Korniyçuk bildirib.
“Əlbəttə, belə bir sistemə ehtiyacımız var və bunun üzərində iş dörd aydır ki, davam edir”, – Korniyçuk deyib.
Səfir qeyd edib ki, bir sıra çətinliklər var, ona görə də sistemin ötürülməsi bir qədər vaxt aparacaq. Onun sözlərinə görə, İsrail Ukrayna paytaxtı üçün pilot layihənin üç ay ərzində tamamlanacağını təsdiqləyib.
Korniyçukun sözlərinə görə, Ukrayna İsraildə istismardan çıxarılan “Hawk” zenit-raket komplekslərini (SAM) almayacaq, çünki onlar pis vəziyyətdədirlər.
Busaat.az























