
İstanbulda əkin sahəsində 3 cəsəd tapılıb
Türkiyənin İstanbul şəhəri, Silivri Değirmenköy məhəlləsində torpağa basdırılmış 3 cəsəd tapılıb.
Busaat.az Türkiyə mediasına istinadən xəbər verir ki, cəsədlərin itkin düşən kimi axtarılan S.D. və onun iki övladına aid olduğu güman edilir. Hadisə ilə bağlı 2 nəfər saxlanılıb.
İstanbulda 2,5 il əvvəl ana S.D., oğlu E.P. və qızı R.P. ilə birlikdə şübhəli şəkildə yoxa çıxıb. S.D.-nin ailəsi uşaqları tapmaq üçün televiziya proqramında iştirak edib.
Verilişdə S.D. və uşaqlarının son görüldüyü yerin Silivri olduğu iddia edilib. Bu iddialar üzərinə Jandarma qrupları Silivridə axtarış əməliyyatına başlayıb. Qruplar Silivri Değirmenköydəki yaşıl sahədə qazıntı işləri aparıb.
Qazıntı zamanı torpağa basdırılmış 3 cəsəd tapılıb. Cəsədlərin itkin düşən S.D., oğlu E.P. və qızı R.P.-yə aid olduğu güman edilir. Hadisə ilə bağlı polis iki nəfəri saxlayıb.
Busaat.az























