
İstanbulda keçiriləcək danışıqların gündəmində taxıl dəhlizinin təhlükəsizliyi əsas yer tutacaq
Taxıl dəhlizi əməliyyatının təhlükəsizlik məsələləri Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələrinin İstanbulda keçiriləcək toplantısının gündəliyindədir.
Busaat.az bu barədə TASS-a istinadən xəbər verir.
“Ankaranın fəal diplomatiyası və Türkiyənin təşəbbüsləri sayəsində taxıl dəhlizinin yenidən aktivləşməsi nəzərə alınmaqla, belə variantlar masadadır”, – mənbə bildirib.
Qeyd edək ki, Ukraynadan ərzaq ixracına dair müqavilələr 2022-ci il iyulun 22-də 120 gün müddətinə bağlanıb və noyabrda həmin müddətə uzadılıb. Müqavilələrdən biri Kiyevin nəzarətində olan Odessa, Çernomorsk və Yujnı limanlarından taxılın tədarükü qaydasını tənzimləyir.
Bundan başqa, Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrinin qlobal bazarlara ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı Rusiya və BMT arasında memorandum imzalanıb.
Busaat.az























