
İstanbulda leysan nəticəsində 1754 ev və iş yerinə ziyan dəyib - FOTOLAR
İstanbulda güclü leysan nəticəsində 2 nəfər həyatını itirib. İlkin təsbitlərə görə, 1754 ev və iş yerinə ziyan dəyib.
Busaat.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Qeyd edək ki, dünən yerli vaxtla saat 21.00 radələrində təsirli olan leysandan sonra İstanbulun şimalında yerləşən rayonlarda daşqınlar əmələ gəlib.
İstanbul Valiliyindən bildirlib ki, hər kvadratmetrə 125 kiloqram yağıntının düşdüyü müəyyən edilib.
Başakşehir Başak Mahallesi, Mövlana Celalettin Rumi küçəsi, Yıldız Yurtseven və Küçükçekmece Atatürk Mahallesi Engin küçələrində yaşayan Qvineya əsilli İraman Kebe dünyasını dəyişib.
Xəstəxanaya çatdırılan 12 yaralıdan 5-nin müalicəsi davam edir.
Xilasetmə komandalar hələ də işləyir.























