
İstanbulda taxıl sazişinin uzadılması ilə bağlı keçirilən görüş müsbət keçib - Hulusi Akar
Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələrinin iştirakı ilə İstanbulda taxıl sazişinin uzadılması ilə bağlı keçirilən görüş müsbət keçib.
Busaat.az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar jurnalistlərə bildirib.
“İlk nəticələr İstanbuldakı görüşün müsbət keçdiyini göstərir. Proses taxıl müqaviləsinin uzadılmasına doğru gedir”, – Akar deyib.
Akar qeyd edib ki, İstanbul görüşündə Rusiyanın xüsusi hərbi əməliyyatı başladığı bir vaxtda Ukrayna limanlarında ilişib qalan ticarət gəmilərinin təhlükəsiz şəkildə Türkiyəyə geri dönüşü də müzakirə olunub.
“Ukrayna limanlarında 6 kommersiya gəmimiz var. Bizə bildiriblər ki, onların vətənə təhlükəsiz qayıtması üçün çərçivə razılaşması əldə olunub. Biz bu işi davam etdiririk”, – o, əlavə edib.
Busaat.az























