Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.242 $▼2.70%
  • Qızıl3 888 $▼0.75%
  • Gümüş48.65 $▼3.17%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin66 957 $▼1.86%
  • Ethereum1 896 $▼1.64%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İstanbulla bağlı ŞOK iddia: “Böyük və dağıdıcı zəlzələ gözləyirik”

image-20a3f93e74cac11aa9a90beb27f8d680
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyədə 5.1 bal gücündə zəlzələ olduğu barədə xəbər vermişdik. Türkiyənin Fövqəladə Halların İdarəolunması Mərkəzindən (AFAD) bildirilib ki, təbii fəlakət Marmara dənizində qeydə alınıb. Zəlzələ həm Bursa, həm də İstanbulda hiss edilib.

Busaat.az Musavat.com-a istinadən xəbər verir ki, zəlzələ ilə bağlı türkiyəli seysmoloq Prof. Dr. Ali Koçyiğit Publika.az-a açıqlama verib.

O qeyd edib ki, bu, İstanbulda baş verəcək zəlzələlərin başlanğıcdır:

“30 ildir ki, İstanbulda güclü zəlzələnin olacağını deyirik. Bunu hamıya, dünyaya çatdırmaq istəyirik. Mərmərə dənizinin şimalında, İstanbulun önəmli bir hissəsinə təsir edəcək daha güclü zəlzələ gözləyirik. Eyni gücdə Mərmərə dənizininin cənubunda da olacağı gözlənilir.

Bu da Bursanın şimal hissəsinə təsadüf edir. İndi olan zəlzələ İstanbulda ola biləcək ən kiçik zəlzələdir. 5.1 gücündə olan zəlzələdən sonra daha 10 dəfə yeraltı təkan baş verib. Həmçinin bu, baş verəcək güclü silsilə zəlzələrin ilkidir. Bu zəlzələnin olduğu yer altında 500 illik enerji var. Buna görə də daha güclü zəlzələ gözləyirik”.

Xatırladaq ki, Kahramanmaraş zəlzələlərindən sonra bütün gözlər İstanbula çevrilib. Daha öncə türkiyəli seysmoloqlarla yanaşı, xarici seysmoloqlar da İstanbulda güclü və dağıdıcı zəlzələnin olacağını proqnozlaşdırmışdılar.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=129673