
İstənilən ehtimala hazırıq - Netanyahu
Netanyahu gecə saatlarında “Qalxan və Ox” adlı hərbi əməliyyata başladıqlarını və İslami Cihadın 3 liderini öldürdüklərini qeyd edib.
Busaat.az xəbər verir ki, Qəzzadan İsrailə atılan raketlərin və İordan çayının qərb sahilindəki hücumların məsuliyyətinin öldürdükləri 3 nəfərdə olduğunu iddia edən Netanyahu, keçən həftə İsrailə atılan raketlərdən sonra Qəzza zolağına hücum üçün hazırlıq əmri verdiyini açıqlayıb.
“Biz hərbi hərəkatın ortasındayıq. Biz istənilən ehtimala hazırıq. Düşmənlərimizə tövsiyə edirəm ki, bizi sınaqdan keçirməsinlər”, – Netanyahu deyib.
Digər tərəfdən, Netanyahunun mətbuat ofisindən verilən yazılı açıqlamaya görə, İsrail baş naziri gün ərzində qatıldığı konfransda etdiyi çıxışda İsrail ordusuna bir çox cəbhədə qarşıdurmaya hazırlaşmaq göstərişi verdiyini bildirib.
İranın bir neçə cəbhədə İsrailə qarşı müharibə cəhdinə qarşı mübarizə apardıqlarını ifadə edən Netanyahu, ölkəsinin təhlükəsizlik problemlərinin 95 faizinin İrandan qaynaqlandığını qeyd edib.
Busaat.az























