Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 246 $▼5.83%
  • Ethereum1 764 $▼8.51%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İsveç baş nazirindən Ərdoğana üstüörtülü ÇAĞIRIŞ

image-ulf-kristersson-prime-minister-sweden
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İsveçin Baş naziri Ulf Kristersson Britaniyanın “Financial Times” qəzetinə məqalə yazıb. O, yazıda ad çəkmədən prezident Ərdoğana xitabən, “Öhdəliklərimizi yerinə yetirdik”, – deyib.

Busaa.az xəbər verir ki, Rusiyanın Ukraynaya hücumundan sonra Finlandiya ilə NATO-ya üzv olmaq istəyən, lakin Türkiyə və Macarıstanın etirazları ilə üzləşən İsveçin baş naziri Ulf Kristersson İngiltərənin Financial Times qəzetinə mövzu ilə bağlı məqalə yazıb.

Kristersson qeyd edib: “NATO-ya üzvlük müraciəti prosesinin bir hissəsi olaraq terrorla mübarizədə bir addım atdıq. Bununla bağlı qanun layihəsi hazırladıq. Yeni qanun bizim daha güclü müttəfiq olduğumuzu sübut etməyə kömək edəcək”.

Beş həftə sonra Vilnüsdə keçiriləcək NATO Sammitindən əvvəl İsveçin NATO üzvlüyünün ciddiyə alınması lazım olduğunu vurğulayan Kristersson əlavə edib: “Ötənilki sammitdən bu yana 29 müttəfiq İsveçin üzvlüyünü təsdiqləyib. Yalnız Türkiyə və Macarıstan qaldı. İsveç terrorla mübarizə mövzusunda Türkiyə ilə razılaşma əldə edib”.

Bu həftə qüvvəyə minəcək yeni terrorla mübarizə qanununun terror təşkilatına qoşulmağı, onu tərifləməni və dəstəkləməyi qeyri-qanuni edəcəyini bildirən Kristersson, “İsveç Türkiyəyə və onun milli təhlükəsizliyinə qarşı təhdidlərə qarşı Türkiyənin yanındadır və bütün terrorçuları, terror təşkilatlarını, o cümlədən PKK lənətləyir. Terror, şübhəsiz ki, cəmiyyətlərimiz üçün çox ciddi təhlükədir”, – deyə bildirib.

Kristersson, sabahdan qüvvəyə minməsi planlaşdırılan yeni qanunda cəzaların sərt olacağına diqqət çəkib: “Sadə cinayətlər üçün maksimum cəza dörd il həbsdir. Daha ağır cinayətlərə görə minimum 2 il, maksimum 8 il həbs cəzası olacaq. Terror təşkilatlarının liderlərinə 2 ildən ömürlük həbs cəzasına qədər məhkumluq verilə bilər”.

“Təhlükə ilə mübarizə hərtərəfli milli və beynəlxalq səy tələb edir. İsveçin yeni və təkmilləşdirilmiş qanunu Türkiyə və digər NATO və Aİ ölkələri ilə əməkdaşlığı yaxşılaşdıracaq”, – Kristersson sözlərini tamamlayıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=111226