Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 356 $▼4.20%
  • Ethereum1 818 $▼5.66%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İsveç mümkün qədər tez NATO-ya daxil olmalıdır - Ağ Ev

image-6db4772e-10e1-42d1-91ce-70a7b3a83332-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İsveçin NATO-ya üzvlüyü üçün bu gün Ankarada keçiriləcək Birgə Daimi Mexanizm toplantısından əvvəl ABŞ-dən bir daha İsveçin üzvlüyünə dəstək mesajları gəlib.

Busaat.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden dünən Ağ Evdə NATO-nun baş katibi Yens Stoltenberqi qəbul edib.

Stoltenberqin səfərindən sonra Ağ Evdən verilən açıqlamada İsveçin ən qısa zamanda NATO-ya daxil olması lazım olduğu bildirilib.

Ağ Ev sözçüsü Karine Jean-Pierre İsveçin keçən il Türkiyə və Finlandiya ilə imzaladığı “Üçlü Memorandum”dakı öhdəliklərini yerinə yetirdiyini söyləyib: “Bura İsveçin bu yaxınlarda qəbul etdiyi antiterror qanunu da daxildir. İsveç NATO dəyərlərinə malik güclü və bacarıqlı müdafiə tərəfdaşıdır”.

Jean-Pierre prezident Baydenin dəfələrlə dediyi kimi, İsveçin mümkün qədər tez NATO üzvü olması lazım olduğuna inandıqlarını ifadə edib.

Qeyd edək ki, İsveç və Finlandiya Rusiyanın Ukraynaya keçən il başlayan işğalından sonra NATO-ya üzvlük üçün müraciət etmişdi. Finlandiya aprel ayında NATO-ya üzv olub, İsveçin üzvlüyü isə Türkiyə və Macarıstanın etirazları səbəbindən ratifikasiya olunmayıb.

NATO-nun və alyansın bütün aparıcı üzvlərinin, xüsusən də ABŞ-nin gözləntisi budur ki, iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Liderlər Zirvəsi öncəsi Türkiyə və Macarıstan İsveçin alyansda iştirakını təsdiq etsin.

Bu gün Ankarada İsveçin NATO-ya üzvlüyünü müzakirə etmək üçün Birgə Daimi Mexanizm toplantısı keçirilir. Mexanizm Türkiyə, İsveç, Finlandiya və NATO-dan ibarətdir.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=112639