
İsveç NATO-ya üzvlük üçün "əlavə addımlar" atmalıdır - Çavuşoğlu
İsveç NATO-ya üzvlük üçün bir sıra əlavə addımlar atmalıdır, indikilər kifayət deyil.
Busaat.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.
NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyanın üzvlük mərasimindən sonra bildirib ki, İsveç də Alyansa qoşulmaq üçün bütün şərtləri yerinə yetirib.
“Tobias Billström ilə Brüsseldə keçirdiyimiz görüşdə Stokholmun NATO-ya üzvlük prosesində atmalı olduğu addımlar mövzusunu qaldırdıq. Bəzi addımlar atılıb, lakin kifayət deyil” , – Çavuşoğlu deyib.
Busaat.az























