
İsveç sərhəddə nəzarəti gücləndirib
Son zamanlar Quranın yandırılmasından sonra İsveçə qarşı təhdidlər artıb.
Busaat.az xəbər verir ki, bu barədə İsveç hökuməti bildirib.
Məlumata görə, polisə insanları həbs etmək və axtarış aparmaq və daha böyük səlahiyyətlər vermək üçün sərhəd nəzarəti gücləndirilib.
Avqustun əvvəlində qüvvəyə minən yeni qanun polisə ölkə sərhədlərində və onun ətrafında yoxlamalar, o cümlədən şəxsi axtarışlar aparmaq üçün daha böyük səlahiyyətlər verir.
İsveçin Ədliyyə naziri Qunnar Strömer mətbuat konfransında deyib: “Sərhəd nəzarəti İsveçə təhlükə yarada biləcək insanları müəyyən etmək üçün bir vasitədir”.
Son həftələr İsveç və Danimarkada Quran nüsxələrinin yandırılması və ya təhqir olunması ilə bağlı bir sıra etiraz aksiyaları keçirilib və bu, müsəlman ölkələrində qəzəblə qarşılanıb.
Danimarkanın təhlükəsizlik polisi də bildirib ki, İsveçdə olduğu kimi, ölkədə böhran nəticəsində hücumların baş vermə ehtimalı yüksəkdir.
Busaat.az























