
İsveç Türkiyə və Finlandiya ilə Üçtərəfli Memorandumu ciddi qəbul edir
İsveçin Baş naziri Ulf Kristersson NATO-ya üzvlük üçün İsveç, Türkiyə və Finlandiya arasında 28 iyunda imzalanan Üçtərəfli Memorandumun şərtlərini çox ciddi qəbul etdiklərini və danışıqların eyni ciddiliklə davam etdiyini bildirib.
Busaat.az xəbər verir ki, Kristersson mətbuat konfransında, ölkəsinin yeni müdafiə siyasətində ən mühüm maddənin NATO üzvlüyü olduğunu ifadə edib.
NATO-ya üzv olmaq istədiklərini təkrarlayan Kristersson qeyd edib: “İsveç, Türkiyə və Finlandiya arasında 28 iyunda NATO-ya üzvlük üçün imzalanmış Üçtərəfli Memorandumun şərtlərini çox ciddi qəbul edirik və müzakirələrimizi eyni ciddiliklə davam etdiririk”.
Kristersson iki həftə əvvəl Türkiyədən gələn nümayəndə heyətinin paytaxt Stokholmda İsveç və Finlandiya nümayəndə heyəti ilə məhsuldar görüş keçirdiyini əlavə edib.
Busaat.az























