Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 417 $▲0.48%
  • Ethereum1 795 $▲1.50%
  • S&P 5007 562▼0.40%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İsveç: Türkiyənin terrora qarşı özünü müdafiə etmək hüququ var

image-tobias-billstrom
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyə terrora qarşı özünü müdafiə etmək hüququna malikdir.

Busaat.az xəbər verir ki, bunu İsveç xarici işlər naziri Tobias Billström deyib.

İsveç xarici işlər naziri Billström ölkəsində nəşr olunan “Dagens Nyheter” qəzetinə verdiyi açıqlamada Türkiyənin Şimali İraq və Suriyada terrora son qoymaq üçün başlatdığı “Pence Kılıc” hava əməliyyatına toxunub.

Nazir Billström deyib: “Hər ölkənin özünü terrora qarşı müdafiə etmək hüququ var və bu hüquq Türkiyəyə də aiddir. Bölgədə terror təşkilatı İŞİD-ə qarşı mübarizə vacibdir, lakin Türkiyə illərdir ifşa olunmuş və özünü terrordan müdafiə etmək üçün qanuni səbəbləri olan bir ölkədir. İsveç hökuməti hesab edir ki, bu müdafiə mülayim şəkildə aparılmalıdır”.

Türkiyə hökumətinin İstanbuldakı hücumun arxasında terror təşkilatı PKK/YPG-nin dayanması ilə bağlı açıqlamasına inandığını vurğulayan Billström, terror təşkilatının açıqlamalarına inanmadığını qeyd edib.

Billström Türkiyə ilə NATO-ya üzvlük danışıqlarında irəliləyiş əldə edildiyini hiss etdiyini ifadə edib.

Dünyada ciddi təhlükəsizlik problemi olduğunu vurğulayan Billström İsveçin NATO üzvlüyünü gecikdirməyin pis nəticələr doğuracağını bildirib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=94340