
İsveç Ukraynaya yenidənqurma üçün 490 milyon dollar ayırır
İsveç yenidənqurma üçün Ukraynaya 6 milyard kron (490 milyon dollar) ayırır.
Busaat.az xəbər verir ki, bu barədə 2023-2027-ci illər üçün yeni ikitərəfli strategiyanı təqdim edən beynəlxalq əməkdaşlıq naziri Juhan Forsel məlumat verib.
“Bu, İsveçin indiyə qədər təqdim etdiyi ən böyük və ən iddialı ikitərəfli strategiyadır. Bu, ölkəni gücləndirməklə Ukraynanı uzunmüddətli Aİ üzvlüyünə hazırlamaq məqsədi daşıyır”, – Forsel deyib.
Onun sözlərinə görə, Ukraynada tikinti tələbləri xüsusilə mənzil, sosial əhəmiyyətli infrastruktur, enerji, ticarət və məşğulluq kimi sahələrdə aktualdır.
Səhiyyə sektoru çərçivəsində də yardım göstərilməlidir. Pul həmçinin ölkədə demokratik təsisatların gücləndirilməsi və korrupsiyanın azaldılmasına yönəlmiş tədbirlərə, vətəndaş cəmiyyətinə, məktəblərə, müəssisələrə və mədəniyyət müəssisələrinə yardıma yönəldiləcək.
Busaat.az























