
İsveçdə dini kitabların yandırılması ilə bağlı yeni aksiyalar hazırlanır
İsveç polisi Stokholm və Helsinqborqda dini kitabların, o cümlədən Quranın yandırılmasına qarşı nümayişlər üçün üç ərizə qəbul edib.
Busaat.az xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, 50 yaşlı qadın nümayişin “ən qısa zamanda” keçirilməsini xahiş edib. Onun sözlərinə görə, ötən həftə müsəlmanların müqəddəs kitabının yandırıldığı aksiya ədalətsiz olduğundan yürüşün təşkilatçısı kimi çıxış etmək qərarına gəlib.
Onlar başqa bir xahişlə polisdən İsrail səfirliyi qarşısında Tövrat və İncilin yandırılmasına icazə vermələrini xahiş ediblər.
Üçüncü ərizədə vətəndaşlar iyulun 12-də Helsinqborqun mərkəzində dini mətnlərin yandırılmasına icazə verilməsini istəyiblər.
Busaat.az























