Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 078 $▼0.53%
  • Ethereum1 762 $▼0.64%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İsveçdə Quranı yandıran Rasmus Paludan HƏBS EDİLDİ

image-0x0-asiri-sagci-rasmus-paludandan-igrenc-deprem-mesaji-islama-saldirdi-depremzedelerle-alay-etti-1675761210655
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yanvarda Türkiyənin Stokholm səfirliyi qarşısında Quranı yandıran Danimarkanın ifrat sağçı Stram Kurs Partiyasının lideri Rasmus Paludan üçün Malmö Prokurorluğu tərəfindən həbs qərarı çıxarıldığı bildirilib.

Busaat.az xəbər verir ki, İsveçin ən böyük qəzeti olan “Aftonbladet”in xəbərinə görə, müxtəlif şəxslər və Quranı təhqir etdiyi üçün “nifrət cinayəti” ilə məhkəməyə verilən danimarkalı ifrat sağçı siyasətçi Rasmus Paludan ifadə verməyə gəlmədiyi üçün Malmö Prokurorluğu onun barəsində həbs qərarı verib.

Qəzetə açıqlama verən Paludan deyib: “Ümumiyyətlə İsveç polisi və xüsusilə Malmö polisi məni qorumaq istəmir, ona görə də İsveçə gəlməyim təhlükəlidir. İsveçə gəlmək istəmirəm. İstəyirəm video formatda ifadə verim”.

Paludan haqqında qiyabi həbs qərarı çıxaran prokuror Adrian Combier Hogg Aftonbladet qəzetinə mövzu ilə bağlı açıqlama vermək istəmədiyini bildirib.

Qeyd edək ki, İstanbulun 2 saylı Vəkillər Kollegiyası yanvarın 21-də Türkiyənin Stokholm səfirliyi qarşısında Quranı yandıran Paludan haqqında aprelin 14-də Stokholm polisində cinayət işi qaldırıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=108874