
İsveçdəki aksiya zamanı NATO nizamnaməsi yandırılıb
İsveçin Helsinqborq şəhərində NATO nizamnaməsinin yandırıldığı aksiyada 200-ə yaxın adam iştirak edib və heç bir insident qeydə alınmayıb.
Busaat.az xəbər verir ki, bu barədə “Aftonbladet” qəzeti yazır.
“Polis icazəsi olan şəxs 200-ə yaxın iştirakçının qarşısında NATO-ya qarşı olduğunu elan edib. Aksiya iğtişaşsız başa çatıb”, – nəşr qeyd edib.
Qəzet bildirir ki, 29 yaşlı fəal əvvəllər Quranı yandırmaq istəyib, lakin sonradan qərarını dəyişib.
Qeyd edək ki, Finlandiya və İsveç 2022-ci ildə Ukraynada baş verən hadisələr fonunda mayda alyansa qoşulmaq üçün ərizə veriblər. Aprelin 4-də Finlandiya NATO-nun 31-ci üzvü olub. İsveçin üzvlük məsələsi isə hələ Türkiyə və Macarıstan tərəfindən təsdiqlənməyib.
Busaat.az























