İsveçdən NATO bəyanatı: “Növbə Türkiyənindir…”

image-1685089236backend

İsveçin xarici işlər naziri Tobias Billström İsveçin NATO-ya qəbul prosesi ilə bağlı açıqlama verib.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, Billström verdiyi açıqlamada deyib:

“Türkiyə parlamentinin təsdiq prosesinə başlamasının vaxtıdır”.

İsveçin xarici işlər naziri Tobias Billström, İsveçin Türkiyə ilə NATO-ya üzvlüklə bağlı müqavilədəki öhdəliklərini yerinə yetirdiyini və Türkiyə Böyük Millət Məclisinin İsveçin alyansa daxil olmasına icazə verilməsi üçün təsdiq prosesini başlatmasının vaxtı çatdığını bildirib.

Reuters-də yer alan xəbərə görə, Billström parlamentdəki çıxışında, “Bizim fikrimizcə, bizdən gözlənilənləri etdik, indi Türkiyə parlamentinin təsdiq prosesinə başlamasının vaxtıdır”, – deyib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki