
İsveçdən NATO bəyanatı: "Türkiyə və Macarıstan..."
İsveç xarici işlər naziri Billstrom Türkiyə və Macarıstanın NATO-ya üzvlüyünü təsdiq etməli olduğunu bildirib.
Busaat.az xəbər verir ki, Osloda keçirilən NATO xarici işlər nazirləri toplantısının əvvəlində çıxış edən İsveçin xarici işlər naziri Tobias Billstrom Türkiyə və Macarıstanın İsveçin NATO-ya üzvlük müraciətini təsdiqləməsinin vaxtının çatdığını açıqlayıb.
Reuters-in xəbərinə görə, Billstrom deyib: “Biz bütün öhdəliklərimizi yerinə yetirdik”.
“Bu, heç vaxt qaçış deyildi, marafon idi və indi biz sonunu görürük”, – deyə Billstrom əlavə edib.
Busaat.az























