
İsveçin NATO-ya üzv olacağına əminəm - Stoltenberq
NATO-nun baş katibi Yens Stoltenberq Amerikanın PBS kanalında İsveçin mümkün NATO üzvlüyünü qiymətləndirib.
Busaat.az xəbər verir ki, Yens Stoltenberq İsveçin NATO-ya daxil olacağına “inamlı” olduğunu vurğulayıb:
“Bunun gələn ay Vilnüsdə keçiriləcək NATO sammitinə qədər baş verməsi mümkündür, lakin mən buna zəmanət verə bilmərəm”.
Stoltenberq andiçmə mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşməsini “çox yaxşı görüş” adlandırıb.
Görüş haqqında danışan Stoltenberq deyib: “Daimi mexanizm adlandırdığımız Finlandiya, İsveç və Türkiyə arasında keçən il qurduğumuz mexanizmi bir araya gətirmək üçün razılaşdıq”.
Stoltenberq əlavə edib: “Nümayəndə heyətləri hələ də mövcud olan fikir ayrılıqlarını aradan qaldırmaq və İsveçi alyansımızın tamhüquqlu üzvü etməkdə irəliləyişə nail olmaq üçün bu həftə Türkiyədə bir araya gəlirlər”.
İsveçin NATO prosesində “uzun bir yol” keçdiyini bildirən Stoltenberq sözlərini belə tamamlayıb: “Madriddəki sammitimizdə bütün müttəfiqlər onları (İsveçliləri) Türkiyəyə dəvət etdi. O vaxtdan bəri onlara getdikcə daha çox inteqrasiya etməyə kömək edirlər. Onlar status əldə ediblər. Amma bizim tam təsdiqə ehtiyacımız var. Bunun mümkün qədər tez baş verməsi üçün çox çalışırıq”.
Busaat.az























