
İsveçin NATO-ya üzvlüyünün təsdiqi onun hərəkətlərindən asılı olacaq - Ərdoğan
Türkiyənin İsveçin NATO-ya üzvlük məsələsini təsdiqləməsi Stokholmun terrorla mübarizə ilə bağlı razılaşmaları yerinə yetirməsindən asılı olacaq.
Busat.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
“İsveçin NATO-ya üzvlük üçün müraciəti parlamentə təqdim edildikdə , proses parlamentin iş qrafikinə uyğun davam edəcək. Danışıqlarımız zamanı İsveç tərəfinin verdiyi vədlərə və zəmanətlərə əməl edəcəyik”, – Əərdoğan qeyd edib.
NATO -nun ikinci böyük ordusuna sahib olan Türkiyənin Aİ- yə üzvlüyü birliyə canlılıq və güc verəcək . İsveç terror təşkilatlarına qarşı mübarizədə və terrorçuların ekstradisiyası məsələsində xüsusi tədbirlər görsə yaxşı olardı . Biz vədlərin və təminatların yerinə yetiriləcəyini gözləyirik “, – Türkiyə prezidenti deyib.
Busaat.az























