
İsveçrə Cenevrədə ofis açmaq üçün NATO ilə danışıqlar aparır
İsveçrə hazırda BMT ilə əlaqələri gücləndirmək üçün Cenevrədə Şimali Atlantika Alyansının ofisinin açılması ilə bağlı NATO ilə danışıqlar aparır.
Busaat.az xəbər verir ki, bu barədə ölkənin İsveçrə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Pierre-Alain Elchinger RİA Novosti-yə bildirib.
“İsveçrə NATO-nun Cenevrədə beynəlxalq təşkilatlarla əlaqə ofisinin yaradılmasının mümkünlüyü barədə mesajını nəzərə alıb. Bununla bağlı müzakirələr davam edir”, – diplomat deyib.
Xatırladaq ki, NATO-nun Vilnüsdə keçirilən iclasının ilk gününün nəticələrini yekunlaşdıran bəyanatda deyilir ki, NATO BMT və digər beynəlxalq təşkilatlarla əlaqələri gücləndirmək üçün Cenevrədə nümayəndəlik yaratmağa çalışır.
Busaat.az























