
İsveçrə Rusiyanın “Vaqner” şirkəti və “RİA” xəbər agentliyini sanksiyalar siyahısına salıb
İsveçrə Vaqner özəl hərbi şirkəti və Federal Xəbər Agentliyini (RİA FAN) sanksiyalar siyahısına daxil edib.
Busaat.az xəbər verir ki, bu barədə İsveçrə hökuməti öz saytında bildirib.
“Sanksiyaların tətbiqinə cavabdeh olan İqtisadi Məsələlər, Təhsil və Tədqiqat Departamenti (EAER) bu gün Vaqner Qrupunu və RİA FAN xəbər agentliyini İsveçrənin Rusiyaya qarşı sanksiyalar siyahısına əlavə edib”, – hökumətin bəyanatında bildirilir.
Məhdudiyyətlər aprelin 20-də yerli vaxtla saat 18:00-dan qüvvəyə minir.
Qeyd edək ki, Vaqner və RİA FAN Avropa İttifaqının qara siyahısına salınıb.
Busaat.az























