
İsveçrədə 100 hektardan çox ərazidə meşə yanğınları davam edir
İsveçrənin Valais kantonunda dünən başlayan və nəzarət altına alına bilməyən meşə yanğınlarının 100 hektardan çox ərazini əhatə etdiyi açıqlanıb.
Busaat.az xarici mətbuata istinadən xəbər verir ki, dünən axşam saatlarından Valaisdə başlayan meşə yanğını küləyin təsiri ilə daha çox əraziyə yayılmağa başlayıb.
Məlumata görə yanğınsöndürmə işləri davam edir, lakin küləyin artması ilə alovların yenidən yüksələ biləcəyi bildirilib.
100 hektardan çox ərazini əhatə edən yanğınla əlaqədar ətraf kəndlərdən 200-dən çox insan təxliyə edilib.
Yanğının səbəbi barədə hələlik məlumat verilmir.
Busaat.az























