
İsveçrənin Moskvadakı səfirliyinin ərazisində bir çanta qumbara aşkarlanıb
İsveçrənin təhlükəsizlik xidməti ölkənin Moskvadakı Səfirliyinin ərazisində içində qumbaralar olan çanta tapıb.
Busaat.az xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, çantanın içərisində iki “RQD” qumbarası olduğu bildirilir.
Hazırda hadisə yerində polis əməkdaşları və istehkamçılar işləyir.
Busaat.az























