Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 363 $▼5.66%
  • Ethereum1 769 $▼8.23%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İtaliya Baş Nazirliyindən Meloni-Ərdoğan görüşü ilə bağlı AÇIQLAMA

image-erdogan_meloni
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İtaliyanın baş naziri Giorgia Meloni və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Liderlər danışıqlarda iki müttəfiq ölkə olaraq ortaq təhlükəsizlik üçün çalışmaları davam etdirmək və regional, Avropa və çoxtərəfli səviyyədə gərgin olan tərəfdaşlığı yenidən başlatmaq üçün güclü iradələrini ifadə ediblər.

Busaat.az xəbər verir ki, Ərdoğanla Meloni arasındakı görüşdə “ortaqlığın yenidən başlaması” ifadəsi diqqət çəkib.

Telefon danışığı ilə bağlı İtaliya Baş Nazirliyindən yazılı açıqlama verilib.

Açıqlamada baş nazir Meloni Ərdoğana yenidən prezident seçilməsi münasibətilə təbriklərini təkrarlayıb və liderlərin ikitərəfli sıx əlaqələri vurğuladıqları bildirilib.

Bəyanatda aşağıdakı ifadələr yer alıb:

“Hər iki lider iki müttəfiq kimi ümumi təhlükəsizlik naminə işləməyə davam etmək və regional, Avropa və çoxtərəfli səviyyədə onsuz da gərgin olan tərəfdaşlığı yenidən başlatmaq üçün güclü iradə ifadə edib. Tezliklə yenidən görüşmək imkanının əldə olunması ümidi ifadə olunub”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=111381