
İtaliya gömrükçülərindən narkotik əməliyyatı - 2,7 ton kokain MÜSADİRƏ EDİLDİ
İtaliya gömrük polisi ölkənin cənubundakı Gioia Tauro limanında 2 ton 734 kq yüksək təmizlikdə olan kokain aşkar edib.
Busaat.az xəbər verir ki, bu barədə İtaliyanın Sky News nəşri məlumat yayıb .
Narkotiklər iki konteynerdə olub və 78 ton banan yükündə gizlədilib. Yük Ekvadorun Quayakil limanından Gürcüstanın Batumi limanı vasitəsilə Ermənistana daşınıb.
Polis əməliyyat zamanı sənədlərə əsasən, Ermənistana tropik meyvələrin gətirildiyi bir neçə min konteynerdən iki şübhəli konteyneri müəyyən edə bilib.
Qeyd edək ki, narkotik partiyasının ümumi dəyəri 800 milyon avrodan çox qiymətləndirilir.
Busaat.az























