İtaliya rəsmi yazışmalarda xarici dili qadağan etməyə hazırlaşır

image-melonibackend

İtaliya Qardaşları Partiyası tərəfindən rəsmi yazışmalarda ingilis və digər xarici dillərin qadağan edilməsi ilə bağlı yeni qanun layihəsi parlamentə təqdim edilib. Layihə parlament tərəfindən qəbul olunarsa, qanuna əməl etməyənləri 5-100 min avro arasında cərimə gözləyir.

Busaat.az xəbər verir ki, baş nazir Giorgia Meloninin başçılıq etdiyi İtaliya Qardaşları partiyasının parlamentə təqdim etdiyi yeni qanuna görə, rəsmi yazışmalarda ingilis və digər xarici dillərdən istifadə qadağan ediləcək.

Nümayəndələr Palatasının üzvü Fabio Rampelli Giorgia Meloni tərəfindən də dəstəklənən qanun layihəsini parlamentə təqdim edib.

Qanun layihəsi bütün xarici dilləri əhatə etsə də, o, xüsusilə ingilis sözlərindən istifadəni daha xüsusi hədəf alır, çünki Böyük Britaniya artıq Aİ-nin bir hissəsi deyil.

Hələ parlamentdə müzakirə olunmayan qanun layihəsində dövlət idarəçiliyinə cəlb olunan hər kəsin istər şifahi, həm də yazılı şəkildə italyan dilini bilməsi nəzərdə tutulur. Qanun, həmçinin ölkədə fəaliyyət göstərən şirkətlərdə vəzifə rollarının ixtisar və adları da daxil olmaqla rəsmi sənədlərdə ingilis dilindən istifadəni qadağan edir.

CNN-in məlumatına görə, qanun layihəsində deyilir: “Bu, təkcə dəb məsələsi deyil, Anglomania dəb keçdikcə bütövlükdə cəmiyyətə təsir edir”.

Qanunun birinci maddəsində qeyd edilir: “İtalyan dilini bilməyən əcnəbilərlə iş aparan ofislərdə belə əsas dil kimi italyancanın istifadə edilməsinə zəmanət verilməlidir”.

İkinci maddə isə italyan dilini milli ərazidə ictimai mal və xidmətlərin təşviqi və istifadəsi üçün məcburi edəcək. Bu maddəyə əməl edilmədiyi təqdirdə fiziki şəxslər 5 min avro ilə 100 min avro arasında cərimələnə bilər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90