İtaliyanın Siciliya adasındakı Ravanusa qəsəbəsində binada partlayış baş verib.
Busaat.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə dördmərtəbəli bina çöküb.
Dağıntılar altında 12 nəfərin qaldığı bildirilir. Bunlardan üçü uşaqdır.
Bölgəyə çox sayda axtarış-xilasetmə briqadaları cəlb olunub.