İtaliyada elektrik enerjisinin qiymətləri 59% artırılır

image-elektrikbackend

İtaliyalı liderlər enerji böhranına Avropa səviyyəsində təcili ortaq cavab verilməsi barədə çağırış edib.

Busaat.az xəbər verir ki, bu barədə İtaliyanın elektrik və enerji ötürmə xətti üzrə tənzimləyici qurumu ARERA açıqlama yayıb.

Açıqlamada hökumətin və qurumun müdaxilələrinə baxmayaraq, enerji qiymətlərindəki artımın sərhədlənmədiyi və 2022-ci ilin dördüncü rübündə bir ailə üçün elektrik qiymətlərinin 59% faiz artacağı bildirilib.

ARERA həmçinin qeyd edib ki, əgər müdaxilələr edilməmiş olsaydı qiymətlərdəki artım 100% olacaqdı.

“İtaliya daha öncə heç görülməmiş enerji qiymətləri ilə qarşılaşacaq” –deyə, ARERA Enerji Departamentinin direktoru Massimo Rikki vurğulayıb.

İtaliyanın Qardaşları Partiyasının lideri Giorgia Meloni isə, “İtaliya üçün həyati önəm daşıyan bu mövzuda bütün siyasi güclərin birliyinə güvənirəm” –deyə, yazılı açıqlama edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90