
İtaliyada yük qatarı relsdən çıxıb
İtaliyanın Florensiya şəhərindən gələn yük qatarının relsdən çıxması nəticəsində 50-dən çox qatar reysi ləğv edilib.
Busaat.az xəbər verir ki, İtaliya Dövlət Dəmir Yolu (RFI) tərəfindən verilən açıqlamada yerli vaxtla saat 03:15-də Florensiyanın Castello Qatar Stansiyasında özəl bir şirkətə məxsus yük qatarının vaqonlarından birinin relsdən çıxdığı bildirilib.
Bir çox yüksək sürətli qatar xəttinin əlaqə nöqtəsi olan Castelloda baş verən qəzaya görə 50-dən çox qatar reysi ləğv edilib.
Qəza zamanı Milan-Salerno marşrutu ilə hərəkət edən qatarda 160 sərnişin saatlarla vaqonlarda qalıb.
Qəzada ölən və yaralanan olmasa da, qəza ilə bağlı araşdırma başladılıb.
Busaat.az























