Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 826 $▲1.12%
  • Ethereum1 805 $▲2.08%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İtalyan zabit Rusiyaya casusluqda ittiham olunur

image-kapak_113851
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiyanın xeyrinə casusluqda ittiham olunan İtaliya dəniz qüvvələrinin zabiti Valter Biot 30 il müddətinə azadlıqdan məhrum edilib.

Busaat.az xəbər verir ki, İtaliyanın Ansa xəbər agentliyinin məlumatına görə, cümə axşamı Roma hərbi məhkəməsi Biotu təqsirli bilib və 30 il həbs cəzasına məhkum edib.

Dinləmə zamanı hərbi prokurorluğun mətbuat katibi zabitin İtaliya qanunlarına görə ən yüksək cəza olan ömürlük həbs cəzasına məhkum edilməsini istəyib.

Biot “casusluq üçün məxfi məlumat əldə etmək”, “məxfi məlumatların əldə edilməsi və açıqlanması” və “casusluq məqsədilə fotoşəkillərin çəkilməsi” ilə bağlı bir sıra cinayətlərdə ittiham olunub.

Biotun vəkili Roberto De Vita isə deyib: “Biotun özünü müdafiə etmək imkanı yoxdur. Biot Hərbi Dəniz Qüvvələrində şərəflə vəzifəsinə qayıdana qədər mübarizəmizi davam etdirəcəyik”.

RİA Novosti-yə verdiyi açıqlamada Roma məhkəməsinin qərarının prosesin sonu demək olmadığını bildirən De Vita əlavə edib: “İtaliyanın hərbi məhkəmə sistemi mülki məhkəmə sistemi ilə eyni prinsiplər əsasında fəaliyyət göstərir, ona görə də yeni məhkəmə prosesini gözləyə bilərik. Apellyasiya məhkəməsinə müraciət edəcəyik”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=103503