İtkin düşən qızlar tapıldı

image-1658605371_1570951144_itkin_0088backend

Abşeronda itkin düşən məktəbli qızlar tapılıb.

Busaat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

“Dünən günorta saatlarından Abşeron rayonunda 2010-cu il təvəllüdlü iki məktəblinin itkin düməsi üzrə daxil olan məlumat üzrə dərhal polis əməkdaşları tərəfindən axtarışa elan edilib. Müəyyən edilib ki, həmin uşaqlar ailə üzvlərini məlumatlandırmadan Kürdəmir rayonuna nənəsinin yanına gediblər. Əməldə hər hansı kriminal tərkib yoxdur”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, ötən gün Masazır kənd 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri, Məmmədli Saray və Muradzadə Aydan saat 14:00 radələrində dərsdən çıxıb və bir daha geri qayıtmayıblar. Qızların evə gəlmədiyini görən valideynlər dərhal Abşeron Rayon Polis İdarəsinə məlumat veriblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90